Modriç daha 1 il "Real"da qalacaq
- 02 Apr 2020 20:38
- 712
"Real"ın futbolçusu Luka Modriç müqaviləsinin müddəti başa çatana qədər Madrid təmsilçisində qalmağa qərar verib.
Rekord.az "AS" nəşrinə istinadən xəbər verir ki, bu barədə xorvat yarımmüdafiəçi klub rəhbərliyinə bildirib. O, heç bir klubla danışıqlar aparmayacağını vurğulayıb.
Qeyd edək ki, Modriçin "Real"la müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onunla "İnter" (İtaliya) və "İnter Mayami"nin (ABŞ) maraqlandığı iddia olunur.
Xatırladaq ki, İspaniya mətbuatı Madrid təmsilçisinin 34 yaşlı oyunçunu satmaq istədiyini yazmışdı.