Xorvatiya millisinin və "Real"ın futbolçusu Luka Modriç vətəninə koronavirusla mübarizədə kömək edib.

Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Zadara xəstəxanası üçün kompüter tomoqrafiya aparatı alınması üçün pul ödəyib.

Yaxın günlərdə aparatın ABŞ-dan gətiriləcəyi bildirilib.

Qeyd edək ki, belə bir aparatın qiyməti çatdırılma ilə birlikdə təqribən 100 min avrodur.