![photo](https://www.rekord.az/storage/uploads/4/modric-6.jpg)
Modriç Malta ilə bugünkü oyunu buraxacaq
- 30 Mar 2021 14:20
- 558
Xorvatiya millisinin futbolçusu Luka Modriç DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda Malta ilə matçı buraxacaq.
Rekord.az "Marca"ya istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Zlatko Daliç 35 yaşlı yarımmüdafiəçi istirahət verməyə qərar verib. "Real"ın futbolçusu bundan əvvəl Kipr və Sloveniya ilə görüşlərin hər birində 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Modriç Xorvatiya millisində oyun sayına görə rekordçudur (135 oyun).