Modriç məhkəmədə qalib gəldi
- 18 Yan 2024 13:30
- 229
“Real”ın yarımmüdafiəçisi Luka Modriç İspaniya vergi orqanlarına qarşı məhkəmədə qalib gəlib.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, 38 yaşlı futbolçu 3,5 milyon avro təzminat alacaq.
2018-ci ildə xorvatiyalı oyunçu 2012-ci ildən 2014-cü ilədək İspaniyada vergidən yayınma ittihamı ilə şərti 8 il həbs cəzası alıb və 1,2 milyon avro ödəməyə məcbur edilib. Modriç qərardan apellyasiya şikayəti verib.
Futbolçu İngiltərə təmsilçisi “Tottenhem”dən “kral klubu”na yeni keçdiyi üçün 2012-ci ildə bu ölkənin vergi rezidenti olmadığını bildirib. Məhkəmə isə yarımmüdafiəçinin arqumenti ilə razılaşıb.