
Modriç “Real”ın rekordçusu oldu
- 17 Apr 2025 18:30
- 73
Xorvatiya millisinin üzvü Luka Modriç İspaniyanın "Real" klubunun heyətində UEFA Çempionlar Liqasında (ÇL) ən çox oyuna çıxan futbolçu olub.
Rekord.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası məlumat yayıb.
Evdə İngiltərə təmsilçisi "Arsenal"a uduzduqları (1:2) 1/4 final mərhələsinin cavab oyunu təcrübəli yarımmüdafiəçinin "Real"ın formasında ÇL-də 134-cü matçı kimi tarixə düşüb.
O, paytaxt klubunun sabiq hücumçusu Kərim Benzemanı (133) geridə qoyub.