Modriçdən tarixi rekord
- 30 Okt 2023 15:30
- 325
"Real”ın yarımmüdafiəçisi Luka Modriç La Liqanın 11-ci turunda baş tutan "el klasiko"da komandasının qələbə qazanmasına yardımçı olub.
Rekord.az xəbər verir ki, oyuna komandası 0:1 hesabı ilə geridə olarkən qoşulan təcrübəli xorvat 90+2-ci dəqiqədə Cud Bellingemin vurduğu qələbə qolunun ötürməsini verib.
Madrid təmsilçisinin heyətində 500-cü görüşünü keçirən Luka həm də "el klasiko" tarixində meydana çıxmış ən yaşlı futbolçu ünvanına sahib çıxıb. Orta xətt oyunçusu 38 yaş 47 günlüyündə "Barselona"ya qarşı oynayaraq "Real"ın sabiq oyunçusu Pako Buyonun 1996-cı ildə qeydə alınan (38 yaş 38 gün) rekordunu yeniləyib.
"Barselona" - "Real" qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.