2020/21 mövsümündə birinci divizionda son pillədə qərarlaşan MOİK-in yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Asim İbrahimov "hərbçilər"in yeni çalışdırıcısı təyin olunub. 44 yaşlı mütəxəssis artıq seleksiya xarakterli məşqlərə başlayıb.

MOİK-də başqa təyinat da gerçəkləşi. Belə ki, komandanın sabiq çalışdırıcısı Ramil Əliyev idman direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Asim İbrahimov sonuncu dəfə Türkiyənin "Darıca Gənclərbirliyi" klubunda çalışıb. O, həmçinin Ukraynada da məşqçi kimi fəaliyyət göstərib. ("Futbol plus")