MOİK-in heyətinə qatmaq istədiyi futbolçunu ölkədən çıxardılar - ÖZƏL!
- 11:00
- 172
Mövsümün əvvəlində MOİK-in düşərgəsində nigeriyalı legioner peyda oldu.
Rekord.az xəbər verir ki, 18 yaşlı futbolçunun adı Klinton idi.
"Hərbçilər" mövsümün startına kimi onun adını sifariş ərizəsinə salmaq istəsə də, sonradan ondan səs çıxmadı. Bu yaxınlarda əldə etdiyimiz məlumata görə, sözügedən futbolçu, ümumiyyətlə, Azərbaycanda deyil. Belə ki, qanunsuzluq etdiyi üçün onu ölkədən çıxardıblar və vətəni Nigeriyaya gedib. MOİK-in baş məşqçisi Qəzənfər Abbasov da Klintonla bağlı problem yaşadıqlarını etiraf etdi: "Bəli o futbolçu bizim düşərgəmizdə idi. Adını sifariş ərizəsinə salmaq istəyəndə məlum oldu ki, sənədlərində problem var, Azərbaycanda qeyri-leqal yaşayırmış. Amma bu problem bizimlə bağlı deyilmiş. Onu gətirən menecerlər fevralda gətirmişdi. Biz isə onu yayda heyətimizə qatmışdıq. Həmin zaman da belə problem olduğunu bilmirdik. Sifariş etmək istəyəndə məlum oldu ki, fevraldan bu yana ölkəmizdə qanunsuz yaşayırmış. Belə olunca, Azərbaycanı tərk etməli oldu. İndi sənədlərini yenidən qaydasına salıb qanuni yolla bura qayıtmalıdır. Biz də onunla əlaqədəyik. Sənədlərini yoluna qoyandan sonra komandaya qoşula biləcək".