I Divizion təmsilçisi MOİK-in son turda geyindiyi forma diqqət çəkməyə bilməzdi.

Rekord.az xəbər verir ki, "hərbçilər" tarixlərində il dəfə təmsil etdikləri ada uyğun forma geyinmişdilər.

Hərbi dizaynda hazırlanmış yeni geyim MOİK-i sözün əsl mənasında "hərbçilər" komandası kimi göstərirdi. Bəs bu ideya hardan çıxdı, kimin təşəbbüsüdür? Bu sualımıza cavab tapmaq üçün komandanın baş məşqçisi Qəzənfər Abbasova üz tutduq. Abbasov məsələyə geniş şəkildə aydınlıq gətirdi: "Komandaya yeni baş məşqçi təyin olunanda və gələcəklə bağlı planları, hədəfləri müzakirə edəndə etdiyim ilk təkliflərdən biri də məhz forma ilə bağlı oldu. Təklifim o idi ki, formanı dəyişək, onlar da sağ olsunlar, ilk təklifdəcə, bunu etdilər. Buna qədər komandanın formalarındanm biri ağ, digəri isə qırmızı idi. İlk dövrəni də bu formalarla oynamışdılar. Amma çox bərbad idi, yaxşı formalar deyildi. Düzdür, mənim gəlişimdən sonra seçilən iki formadan biri yenə ağ olaraq qalır. Amma budəfəki ağ forma daha keyfiyyətlidir. İkinci forma isə məlum olduğu kimi, hərbi dizaynlı formadır. Yəni təşəbbüs mən tərəfdən oldu, klub rəhbərliyi də sağ olsun, bu təşəbbüsü reallaşdırdı".