MOİK “Şimal”ı 1/8 finala buraxmadı
- 29 Okt 2024 16:30
- 113
Futbol üzrə Azərbaycan Kubokunda 2-ci təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
Rekord.az xəbər verir ki, xəbər verir ki, günün ilk matçında MOİK "Şimal"la üz-üzə gəlib.
Qarşılaşma "hərbçilər"in qələbəsi ilə bitib - 3:1. Komandanın qollarını 17-ci dəqiqədə Cavid Tağıyev, 55-ci dəqiqədə Balamirzə Soltanov, 90+1-ci dəqiqədə Cavidan Abbaszadə vurublar. Qonaqların təsəlli qoluna isə 90+3-cü dəqiqədə Məhəmməd Ağayev imza atıb.
I Liqa təmsilçisi 1/8 finalda "Sumqayıt"a rəqib olub.
Qeyd edək ki, dünən "Turan Tovuz" klubu “Hypers Guba”nı 7:2 hesabı ilə üstələyib. Bu gün Premyer Liqa klublarından “Araz-Naxçıvan” “Şahdağ Qusar”la, "Kəpəz" "Ağdaş"la, "Səbail" isə "Dinamo" ilə üz-üzə gələcək. Bu raundun digər matçları oktyabrın 30-31-də gerçəkləşəcək.