MOİK yenə uduzdu, “Kəpəz” darmadağına sevindi
- 31 Okt 2019 19:00
- 989
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 9-cu tura start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
“Zaqatala” səfərdə MOİK-i minimal hesabla udub.
“Neftçi-2” “Səbail-2” ilə qollu bərabərə qalıb – 1:1. Gəncə təmsilçisi “Kəpəz” isə “Zirə-2″ni darmadağın edib.
Tura sabah yekun vurulacaq.
Birinci Divizion
9-cu tur
31 oktyabr
Neftçi-2 – Səbail-2 1:1
Qol: Elnur Süleymanov, 40 – Murad Ağayev, 90.
Qırmızı vərəqə: Əlibəy Məmmədli, 81 (“Neftçi-2”), Ruslan Həsənov (“Səbail-2”).
Hakimlər: Vüqar Həsənli, Rza Məmmədov, Zöhrab Abbasov, Orxan Məmmədov.
Binə qəsəbə stadionu.
Kəpəz – Zirə-2 3:0
Qol: Nodar Məmmədov, 58-pen. Elvin Nəsibov, 64. Elcan Rəhimov, 71.
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Səbuhi Soltanov, Nicat İsmayıllı.
Gəncə şəhər stadionu.
MOİK – Zaqatala 0:1
Qol: Bəhruz Teymurov, 28.
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Rəhman İmami, Rauf Allahverdiyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.
1 noyabr
Keşlə-2 – Qarabağ-2
Sumqayıt-2 – Sabah-2
Ağsu – Turan Tovuz
Bu tur “Qaradağ Lökbatan” komandası istirahət edir.