Bu gün MOK və AVF arasında birgə əməkdaşlığa dair niyyət protokolu imzalanıb. "Rekord.az" xəbər verir ki, imzalanma mərasimi MOK-un inzibati binasında keçirilib.

Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, AVF-nin prezidenti Şahin Bağırov, komitənin və federasiyanın nümayəndələri iştirak ediblər.

Müqaviləyə əsasən tərəflər voleybol idman növünün BOK və BVF-nin mövcud qaydaları və tövsiyələrinə uyğun hərtərəfli və sistemli inkişafı üçün məşqçi hazırlığı, idmançıların yetişdirilməsi və ehtiyat heyətin hazırlanması, beynəlxalq səviyyəli məşqçi hazırlığı kurslarının təşkili, müvafiq idman növü üzrə gənc istedadların müəyyən olunması və s. kimi fəaliyyətlər və tədbirlər həyata keçirəcəklər.