“Mölde” Bakıya gəlməkdən qaçsa da, bundan qaça bilməyəcək
- 15 Sen 2020 14:00
- 888
“Mölde” klubunun israrı və tələbindən sonra UEFA “Qarabağ” – “Mölde” matçını neytral meydançaya təyin edib.
Rekord.az xəbər verir ki, Norveç təmsilçisi Bakıya gəlməkdən qaça bilsə də, əlavə xərclərdən qaça bilməyəcək.
Ağdam klubu meydança sahibi olsa da, oyunun keçirilməsi ilə bağlı təşkilatı xərcləri klublar şərikinə qarşılayacaq. Yəni ev sahibi olsa da, “Qarabağ” heç də bütün xərcləri təkbaşına çəkməyəcək. “Mölde” də stadionun icarəsindən tutmuş, digər xərclərə kimi hər şeyə ortaq olacaq.