Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub.

Rekord.az xəbər verir ki, bu ada İsveçin “Molde” klubunun üzvü Fredrik Qulbrandsen layiq görülüb.

O, buna “Legiya”nı Polşada 3:0 hesabıyla yendikləri qarşılaşmada dubla imza atmaqla bacarıb.

Konfrans Liqasında həftənin oyunçusu adına Jeremi Frik (“Servett”, İsveçrə), Kameron Puertas (“Yunion”, Belçika) və Mika Bieret (“Şturm Qraz”, Avstriya) də namizəd idi.