Moldova - Kosovo oyunu neytral meydanda keçiriləcək
- 20 İyn 2020 19:00
- 514
UEFA Millətlər Liqasının C Divizionunun 1-ci qrupunda yer alan Moldova və Kosovo yığmaları arasındakı görüş Kişinyovda keçirilməyəcək.
Rekord.az Moldova Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma neytral meydanda təşkil olunacaq.
Buna Moldova hökumətinin Kosovonu müstəqil dövlət kimi tanımaması səbəb olub. Rəqib komandanın futbolçuları və nümayəndələri Moldova ərazisinə öz pasportları ilə daxil ola bilməyəcəklərinə görə, matçın yeri dəyişdirilib.
Moldova Futbol Federasiyası oyunu təşkil etmək üçün Kosovonun müstəqilliyini tanıyan ölkə tapmalıdı.
Qeyd edək ki, Moldova - Kosovo görüşü sentyabrın 3-də keçiriləcək.