Moldova yığmasının baş məşqçisi millimizlə oyundan danışdı
- 24 Fev 2021 13:42
- 648
Qadın futbolçulardan ibarət Moldova yığmasının baş məşqçisi Eduard Blanuta Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasına qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Blanuta 0:1 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Qələbəni hansı komanda daha çox istədi, o da qələbə qazandı. Müsbət məqam ondan ibarətdir ki, komandam istədiyimiz oyunu nümayiş etdirdi. Oyunumuzda çatışmayan yeganə cəhət hesabı bərabərləşdirə bilməməyimizdir. Bu da oyunun gedişində müəyyən mənada oyun üslubumuzu dəyişməyimizə səbəb oldu”.