Xəbər verdiyimiz kimi, mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” yeni hücumçu transfer edib.

 

Rekord.az xəbər verir ki, “qırmızılar” kamerunlu Anatole Abanqı heyətinə qatıb. 24 yaşlı forvardla birillik müqavilə imzalanıb.

Paytaxt təmsilçisinin hücumçu ilə anlaşmasının detalları bəlli olub. “Futbol+”ə daxil olan özəl məlumata görə, Abanq “Keşlə”də yüksək gəlir əldə edən futbolçulardan olacaq. Belə ki, kamerunlu forvarda ayda 15 min manat ödəniləcək. Abanq 2020/21 mövsümünün qalan hissəsində özünü yaxşı tərəfdən göstərsə, yay “transfer pəncərəsi”ndə onunla daha birillik müqavilə bağlanacaq.

Son olaraq Moldova “Şerif”ində oynayan Abanq burda 7 min dollar maaş alıb. Onun komandasını tərk etməsinə səbəb “Keşlə”nin daha yüksək məvacib təklif etməsi olub. Beləliklə, Abanq həm daimi oynaya biləcəyi, həm də daha yaxşı pul qazanacağı təklifi dəyərləndirib.