Futbol üzrə Moldova çempionatında cari mövsümün çempionu müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Şerif” 2020/21 mövsümünün qalibi olub.

Tiraspol təmsilçisi təmsilçisi "Milsami"yə 6:0 hesabı ilə qalib gələrək yarışın bitməsinə 4 tur qalmış rəqibləri üçün əlçatmaz olub.

Beləliklə, komanda tarixində 19-cu dəfə ölkə çempionu adına yiyələnib.