Azərbaycanlı futbolçu Orxan Qurbanlı Moldovada çətin vəziyyətlə üzləşib.

Rekord.az-ın məlumatına görə, bu ilin martından “Dinamo Auto”da forma geyinən hücumçu tezliklə vətənə dönmək qalıb.

Səbəb budur ki, onun müqavilə ilə məxsus olduğu “Ventspils” fəaliyyətini dayandırıb. Klub sponsorunun imtinası üzündən hazırda davam edən Latviya çemionatında çıxışını dayandırıb.

Orxanı “Dinamo Auto”ya icarəyə verən “Ventsipls” ona maaş da ödəyirdi. Indi isə o, havadan asılı vəziyyətdə qalıb.

Çünki Moldova təmsilçisi “Ventspils”in “Səbail”in keçmiş forvardı qarşısında götürdüyü maliyyə öhdəliklərini öz üzərinə çəkmək istəməyib.