Moldovalı məşqçi mübahisə etdi və "Neftçi"dən ayrıldı
- 28 Fev 2020 11:00
- 997
«Neftçi»də gözlənilməz ayrılıq baş verib.
Rekord.az xəbər verir ki, komandanın həkimi Gennadi Kişlari iş yerini tərk edib.
Uzun illərdir burada çalışan moldovalı fizioterapevt Ceyhun Sultanovla problem yaşayıb. O, idman direktorunun işinə qarışmasına etiraz əlaməti olaraq, «Neftçi»dən gedib.
Belə ki, Sultanovun davamlı şəkildə ona yerli-yersiz iradlar bildirməsindən bezən Kişlarini bu addım atmağa vadar edən digər səbəb «bixzə komandanın içindən xəbər çatdırmalısan» tapşırığıdır.
Moldovalı «mən xəbərçi deyiləm» söyləyərək, idman direktorunun qapısını çırpıb və kollektivlə sağollaşaraq gedib. (sportinfo.az)