"Monako" futbolçusu Stevan Yovatiçlə yolları ayırıb.

Rekord.az xəbər verir ki, klub "Tvitter" səhifəsi vasitəsi ilə monteneqrolu hücumçu ilə vidalaşıb.

"Təşəkkür edirik, Yova" deyə klubun mesajında bildirilib.

Qeyd edək ki, Yovatiç 2017-ci ilin yayından knyazlıq təmsilçisində çıxış edirdi. Onun klubu ilə müqaviləsi bu yay başa çatırdı.