“Monako”nun futbolçusu Qabriel Boşilya karyerasını Braziliyada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “İnternasional”a transfer olunub.

Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Boşilya ilə müddəti 2022-ci ilin sonuna qədər olan müqavilə imzalanıb.

2015-ci ildən “Monako”da forma geyinən Boşilya, bu mövsüm Liqa 1-də 5 oyunda iştirak edib.