“Monako”da alman hücumçu
- 02 Sen 2020 17:41
- 906
Fransanın “Monako” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Bayer”dən Kevin Follandı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı hücumçuyla 4 illik müqavilə imzalanıb.
2016-cı ildən “Bayer”in şərəfini qoruyan Folland, Almaniya millisinin də üzvüdür.