![photo](https://www.rekord.az/storage/uploads/5/embolo.jpg)
“Monako”da ciddi itki
- 10 Avq 2023 20:45
- 335
“Monako”nun hücumçusu Brel Embolo məşq zamanı zədələnib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Brel məşq zamanı ön çarpaz bağından zədə aldığı üçün bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq.
Nəticədə, Embolo Fransa çempionatının startında “Monako”ya kömək edə bilməyəcək.
Xatırladaq ki, Liqa 1-in startı avqustun 13-də reallaşacaq.