
“Monako”da yeni müqavilə
- 12:20
- 36
“Monako” yaponiyalı futbolçusu Takumi Minamino ilə müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Minamino “Monako”ya 2022-ci ilin yayında “Liverpul”dan keçib. 30 yaşlı futbolçu cari mövsümdə 33 oyun keçirib, 6 qola və 5 məhsuldar ötürməyə imza atıb.