“Monako”nun yarımmüdafiəçisi Jan Lukas karyerasını Braziliyanın “Santos” klubunda davam etdirəcək.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı oyunçu ilə 2027-ci ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Braziliyalı futbolçu 2022/23 mövsümündə 10 oyuna çıxıb.