“Monako”nu Türkiyə klubuna dəyişdi
- 12 Sen 2020 13:21
- 669
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Monako”nun yarımmüdafiəçisi Adama Traoreni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Mali yığmasının da üzvü olan Traore, 2015-ci ildən “Monako”dadır. O, bu illər ərzində “Rio Ave”, “Brügge” və “Mets”də icarədə də oynayıb. “Monako”dan əvvəl isə Adama “Lill” və “Muskron” klublarında forma geyinib.