Monroz "Neftçi"dən gedir?
- 25 May 2020 11:00
- 1005
Ötən mövsümün sonunda "Qəbələ"dən (2017-2019) "Neftçi"yə keçən Stiven Jozef-Monroz hazırkı klubundan ayrıla bilər.
Rekord.az-ın məlumatına görə, fransalı hücumçu hazırkı maliyyə şərtləri daxilində karyerasını burada davam etdirmək istəmir.
O da həmyerlisi Baqali Dabo kimi maaşının artırılması tələbiylə çıxış edib. Baxmayaraq ki, hələ müqaviləsinin bitməsinə 1 il qalıb, Monroz indidən yeni komanda axtarışına çıxıb. Artıq ona ölkəsiylə yanaşı, Türkiyə, BƏƏ, Qətər və Rusiyadan təklif gəlməkdədir.
Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib.
Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan 29 yaşlı legioner Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət millilərində forma geyinib. (sportinfo.az)