“Neftçi”nin futbolçusu Stiven Monroz “ağ-qaralar”ın Antalyadakı təlim-məşq toplanışına qatılmayıb.

Rekord.az “Azərbaycan Radiosu”na istinadən xəbər verir ki, buna səbəb 29 yaşlı hücumçunun pasportunu itirməsidi. 

Yeni pasport üçün müraciət edən Monrozun yaxın zamanda təlim-məşq toplanışına qatılacağı gözlənilir.

2019-cu ilin iyulunda “Neftçi”yə keçən Monroz, bu mövsüm Azərbaycan Premyer Liqasında 13 oyunda 6 qol vurub.