Monrozun da məsələsi açıq qalıb
- 24 Apr 2020 15:00
- 1182
“Neftçi”nin Stiv Monrozla məsələsi hələ ki, açıq qalıb.
Rekord.az xəbər verir ki, tərəflər arasında hələ karantindən öncə danışıqlar olmuşdu.
Həmin vaxt Monroz yeni müqavilə üçün maaşının artırılmasını istədiyi üçün danışıqlar yarımçıq qalmışdı. Tərəflər yenidən bu məsələni müzakirə edib. “Neftçi”nin mövqeyi yenə dəyişməyib. Xüsusilə neftin kəskin ucuzlaşması fonunda klubun vəziyyəti mənfiyə doğru dəyişəcək. Lakin aldığımız məlumata görə, artıq Monroz da əvvəlki kimi dirəniş göstərmir ki, bu da səbəbsiz deyil. Çünki Avropada hazırkı vəziyyət daha pisdir, klublar futbolçuların maaşını azaldır, elə klublar var, ümumiyyətlə müflis olub. Bu vəziyyətdə istədiyin maaşa istədiyin klubu tapmaq da problemdi. Monroz da məhz buna görə nağd olan “Neftçi”nin əldən çıxacağından qorxur. Bununla belə, tərəflər hələ ki, konkret razılığa gəlməyib.