"Qarabağ"la 2-ci pillə arasındakı xal fərqi 18-ə yüksəldi. Nəzərə alaq ki, "Qarabağ"ın "Qəbələ" ilə ehtiyatda bir oyunu da var. Böyük ehtimalla həmin oyunda da 3 xal olacaq və fərq 21-ə yüksələcək. Hələ fevral ayıdır. Baxmayaraq ki, "Sumqayıt" 2-ci pillədə gedir, amma bu günkü oyunda səviyyə fərqi nəzərəçarpacaq dərəcədə idi. Sanki "Qarabağ"a qarşı Premyer Liqanın 2-cisi yox, 1-ci liqa komandası oynayırdı. Buna görə "Sumqayıt"ı qınamaq niyyətim yoxdur. Qarşındakı "Braqa"ya 10 nəfərlə iki qol vuran komandadır. Amma bir məsələ var ki, onu deməyi özümə borc bilirəm: Montekaya verilən pula heyfiniz gəlsin. Həm heyifdi, həm də günah. Bir Monteka əksik olsa, dünya dağılmayacaq. Aylıq maaşını bura yazmağa ehtiyac görmürəm, amma ona verdiyiniz 1 illik pulu verin, üstü bağlı bir meydança tikin. Ya da bazadakı meydançalardan birinin üstünü bağlayın, yazıqdı akademiyanın uşaqları, payızda, qışda yağışın, qarın altında, soyuqda, küləkdə məşq edirlər. Komandanın, ölkənin gələcəyi baxımından bu cür meydança daha vacibdir, nəinki Monteka. Legioner olan kəs, bu qədər yararsız olmamalıdır. O nə oyun idi, o nə ötürmələr idi, o nə zərbə idi. Adam gəldiyi gündən nə qol vurub, nə də normal bir məsuldar ötrürmə verib. Elə bil 2-ci liqadan futbolçu tutub oyuna salmısan. Mənim cibimin pulunu vermirsiniz, klubun büdcəsindən gedən puldu. Amma günahdı, o pulu hara xərcləmək daha məqsədəuyğundu, yuxarıda yazdım...

Anar XANLAROV