Monteneqro millisinin baş məşqçisi millimizlə oyun öncəsi hansı fikirdədir?
- 07 Okt 2020 15:46
- 526
"Latviya ilə oyunu yoldaşlıq matçı adlandırmazdım. Əvvəlcə bu rəqibə qarşı oynamalı, imkanlarımızı dəyərləndirməli və kimlərə şans verəcəyimizi müəyyənləşdirməliyik. Bu mənada olduqca faydalı oyuna çıxacağıq".
Rekord.az xəbər verir ki, bu fikirləri Monteneqro seçməsinin baş məşqçisi Faruk Hacibegiç Latviya yığması ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
UEFA Millətlər Liqasında Azərbaycan və Lüksemburq milliləri ilə oynayacaqları matçlar barədə də danışan 63 yaşlı mütəxəssis qrupdakı rəqiblərin yaxşı komandalar olduğunu bildirib:
"6 oyunun hamısında qalib gələcəyimizi demirəm. Amma bu, mənim arzumdur. Görək, necə olur. Rəqiblərimiz güclüdür. Lüksemburqla ilk oyuna qayıtmaq istəməzdim. İddialı kollektivdir. Ən azı bizim qədər təcrübəlidirlər".
Monteneqro seçməsi oktyabrın 10-da Azərbaycanı, 3 gün sonra isə Lüksemburqu qəbul edəcək.