28-29 may 2022-ci il tarixində  Monteneqronun Budva şəhərində Monteneqro Gimnastika Federasiyası və “Budva” Gimnastika Klubu tərəfindən təşkil olunmuş  bədii gimnastika üzrə ”Montenegro Wild Beauty Cup 2022” beynəlxalq turniri keçirilib. Yarışda uşaqlar, yeniyetmələr və böyüklər kateqoriyası üzrə 10 ölkəni  təmsil edən 113 gimnast iştirak edib.

İOEUG Gimnastika Məktəbinin gimnastları yarışda müvəffəqiyyətlə çıxış edərək toplam 6 medal qazanıblar. Fərdi hərəkətlərdə iştirak edən  gimnastlarımız Amina Novruzova, Dərya Məmmədova, Zəhra Həsənzadə və Səidə Əliyeva qızıl medal, Aylin Ocaqi topla hərəkətlərdə qızıl, çoxnövçülükdə isə bürünc medal əldə ediblər. Ən kiçik yaş kateqoriyasında çıxış edən Lalə Novruzova isə beşinci yerdə qərarlaşıb.