Morata penalti vuranda zədəli olub
- 08 İyl 2021 13:20
- 489
İspaniya millisinin baş məşqçisi Luis Enrike futbolçusu Alvaro Moratanın İtaliyaya qarşı “Avro-2020”nin yarımfinalındakı oyununu şərh edib.
Rekord.az xəbər verir ki, Morata matçın əsas vaxtında komandasının bərabərlik qolunu vurub. Penaltilər seriyasında isə o, zərbəni dəqiq yerinə yetirə bilməyib. Yekun nəticədə ispanlar uduzaraq (1:1, penaltilər seriyasında 2:4) mübarizəni dayandırıb.
Matçdan sonra keçiriən mətbuat konfransında Luis Enrike deyib: “Əgər mən futbolçularıma qiymət vermək istəyirəmsə, biz “əla” idik. Hamısı möhtəşəm oynadı. İndi onlara istirahət lazımdır. Morataya gəlincə, onun əzələ ağrısı vardı. Penaltini vuranda da zədəli idi. Buna baxmayaraq, o, 11 metrlik zərbəni vurmaq istədi. Bu faktın özü Moratanın insani keyfiyyəti barədə çox şey deyir. Alvaro bu turnirdə bizə titanik əhamiyyətə malik oyunçu idi”.