Həmyerlilərimiz tərəfindən Moskvada yaradılan və paytaxt çempionatının dördüncü divizionunda çıxış edən “Xəzər Lənkəran Moskva” “Master A” ilə matçda təqdirəlayiq addım atıb.

 

Rekord.az xəbər verir ki, komanda üzvləri meydana əllərində “Карабах наш” (Qarabağ bizimdir!) şüar tutaraq çıxıblar.

 

Buna səbəb rəqibin heyətində bir neçə erməni futbolçunun çıxış etməsidir.

 

Məlumata görə, "Xəzər Lənkəran Moskva" Avroliqada “Qarabağ”ın səfərdə “Düdelanj”la keçirdiyi oyunda yaşanan təxribata görə bu addımı atıb. Həmin matçda ermənilər qondarma "DQR"in "bayrağ"ını dronla meydançada qaldırmışdılar.

Görüş “Xəzər Lənkəran Moskva”nın 7:1 hesablı qələbəsi ilə başa çatıb.