"Tottenhem"in baş məşqçisi Joze Mourinyo "Real"dan Qaret Beylin icarəyə götürülməsinin uğursuz olub-olmadığı sualını cavablandırıb.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 21-ci turunda "Brayton"a 0:1 hesabı ilə uduzduqları matçdan sonra bununla bağlı deyib

“Məğlub olduqda komanda bunu birlikdə edir. Bir oyunçu, ya da bir pis performansa görə məğlub olmuruq. Birlikdə uduzuruq. Bu səbəbdən, xüsusən mənim üçün ədalətli bir sual olduğunu düşünmürəm.

Bu sual komanda üçün əla bir məqamda, qələbədən sonra verilsə və Qaret bütün komanda kimi yaxşı oynayanda cavab vermək mənim üçün daha asan olacaq. Hazırda bunu cavablandırmaq istəmirəm. Hamımız məğlub olduq".