Mourinyo: "Gülləsiz döyüşə girməyin mənası yoxdur"
- 20 Fev 2020 19:00
- 702
"Futbolçular əlindən gələni etdilər. Lamela komanda ilə məşq etmədən oyuna çıxdı. O, bərpadan dərhal sonra Çempionlar Liqasında 20 dəqiqə oynadı. Bizim əla komandamız var. Amma digər tərəfdən hazırkı vəziyyətimizi görürsünüz. Gülləmiz olmasa, silahla döyüşə girməyin mənası yoxdur".
Rekord.az xəbər verir ki, bu sözləri "Tottenhem"in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 1/8 finalında "Leyptsiq"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
"Müəyyən məqamlarda şanslı olduq. Qapıçımız iki möhtəşəm qurtarış etdi. 0:1 hesabı ilə məni narahat etmir. Səfərdə qələbə qaza bilər. Sadəcə, eyni heyətlə bütün matçlardaz oynamaqdan narahatam. Bu gün Moura, Berqvein, Lo Çelso tamamilə tükəndi. Ciddi problemlərimiz var. Bir oyun olsaydı, deyərdim ki, problem yoxdur. Ancaq qarşıda Premyer Liqa və FA Kubokunun oyunları var" - deyə o bildirib.
Qeyd edək ki, "Tottenhem"in hücumçuları Harri Keyn, Son Hın Min zədə səbəbindən bu görüşdə oynamayıb.