"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 finalında Zaqreb "Dinamo"su ilə keçirəcəkləri cavab matçı öncəsi fikirərini bildirib.

Rekord.az "BBC Sport"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis deyib:

"İlk oyunda qalib gəlməyimizin (2:0) elə də böyük bir üstünlük olduğunu düşünmürəm. Müsbət nəticə əldə etmək üçün bir matç daha oynamalıyıq. 0:1, 1:2 və ya 1:3 hesabı ilə uduzsaq, növbəti mərhələyə adlayacağıq, amma bu zaman mən xoşbəxt olmayacağam. Avropa Liqasında liderliyi qorumaq üçün oynamırıq. Qələbə qazanmağa çalışmalıyıq".

Qeyd edək ki, sabah keçiriləcək "Dinamo" - "Tottenhem" matçı Bakı vaxtı ilə 21:55-də başlayacaq.