Mourinyo mövcud durumunu şərh etdi
- 20 Fev 2021 13:21
- 684
"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandasının Premyer Liqadakı hazırkı mövqeyi barədə fikirlərini bölüşüb.
Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis cədvəl haqqında düşünməyin hələ tez olduğunu bildirib: "Mövsümün sonuna qədər daha çox oyunumuz var. Biz "Liverpul", "Çelsi" və "Mançester Siti" ilə iki dəfə oynamışıq, buna görə sona qədər mübarizə aparmalıyıq. Mövsümün son matçının nə zaman bitəcəyini gözləməliyik. May ayından əvvəl hər şey ola bilər.
Turniri ilk 4-də, 6-da və ya başqa pillədə bitirə bilərik. Mümkün olanların ən yaxşısının baş verəcəyinə inanmalıyıq".
Qeyd edək ki, "Tottenhem" 23 oyundan sonra 36 xalla 9-cu yerdədir və Avropa yarış zonasından 3 xal geri qalır.