"Roma" nın baş məşqçisi Joze Mourinyo yeni mövsümlə bağlı gözləntilərini bölüşüb.

Rekord.az "AS"a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis azarkeşləri səbirli olmağa çağırıb:

"Roma" əla klubdur. Bu göstəriciyə görə çalışdığım digər klublara uyğundur. Amma "Çelsi"yə, "İnter"ə və ya "Real"a gəldiyim zaman məqsəd göz qabağındaydı - ilk gündən uğur qazanmaq. Amma "Roma" fərqli vəziyyətdədir, komanda uzun müddətdir heç nə qazana bilmir. Ötən mövsüm "Roma" çempiondan 29 xal geri qalıb.

Daha çox oyunçu almaq üçün rəhbərliyə təzyiq etməyə haqqım yoxdur. Komandamızda olanlarla işləməliyəm".