Mourinyo “Roma”dan ayrılmağa hazırlaşır
- 08 Yan 2024 16:00
- 250
“Roma”nın baş məşqçisi Joze Mourinyo yayda “canavarlar”ın düşərgəsini tərk etməyi düşünür.
Rekord.az xəbər verir ki, portuqal mütəxəssisin hazırkı müqaviləsi 2024-cü ilin iyunun sonuna qədər nəzərdə tutulub.
Vurğulanır ki, həm “Roma”, həm də Mourinyo gələcəkləri haqda birlikdə düşünürlər. 60 yaşlı mütəxəssisin müqavilə müddəti bitdikdən sonra “Roma” klubunda vəzifəsini tərk etməsi seçimi istisna edilməyib.
Xatırladaq ki, Joze Mourinyo 2021-ci ilin yayında “Roma” ilə 3 illik müqavilə imzalayıb.