Mourinyo "Tottenhem"dən getsə...
- 19 Fev 2021 18:00
- 702
"Tottenhem”in baş məşqçisi Joze Mourinyo postundan tez göndərilsə, alacağı təzminatın məbləği məlum olub.
Rekord.az xəbər verir ki, London təmsilçisinin rəhbərliyi portuqaliyalı mütəxəssislə müqaviləni pozsa, ona 40 milyon avro təzminat ödəməlidir.
“Tottenhem” hazırda Premyer Liqada 9-cu sıradadır. Mourinyonun illik məvacibi 17,5 milyon avrodur. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.