Joze Mourinyo "Tottenhem"dən qovulmasını ədalətli hesab edib-etmədiyi sualına cavab verməkdən imtina edib.

Rekord.az xəbər verir ki, o, "Sky Sports" müxbirinin bununla bağlı verdiyi sualla bağlı deyib: "Sən məni tanıyırsan. Heç nə deməyəcəyəm".

Portuqaliyalı mütəxəssis məşqçi karyerasında fasilənin uzun olub-olmayacağı haqda isə söyləyib:  “Bu, mənə lazım deyil. Batareyaları doldurmaq üçün fasiləyə ehtiyacım yoxdur. Mən həmişə futboldayam".

Qeyd edək ki, Mourinyo 2019-cu ilin noyabrından "Tottenhem"i çalışdırırdı.