Mourinyo yol üstündədir
- 20 Mar 2021 15:22
- 587
"Tottenhem"in baş məşqçisi Joze Mourinyonun klubdakı taleyi İngiltərə Premyer Liqasındakı nəticədən asılı olacaq.
Rekord.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, London təmsilçisi ölkə çempionatını ilk 4 pillədə başa vurmasa, portuqaliyalı mütəxəssis istefaya göndəriləcək.
Nəşr yazıb ki, komandanın Avropa Liqasının 1/8 finalına Zaqreb "Dinamo"suna 0:3 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmasından sonra Mourinyo böyük təzyiq altındadır.
58 yaşlı çalışdırıcı istefaya göndəriləcəyi təqdirdə, klub "Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmana təklif göndərməyə qərar verib.
Qeyd edək ki, "Tottenhem" 28 turdan sonra İngiltərə Premyer Liqasında 45 xal toplayıb və hazırda cədvəldə 8-ci yeri tutur.