"Tottenhem"in baş məşqçisi Joze Mourinyo karyerasındakı ən pis nəticəyə imza atıb.

Rekord.az xəbər verir ki, bu, 25-ci turda "Vest Hem"lə matçda qeydə alınıb.

Mourinyonun baş məşqçiliyi altında yerli çempionatda 50-ci matçına çıxan komanda 1:2 hesabı ilə uduzub. London təmsilçisi bu 50 görüşdən ümumilikdə 81 xal toplayıb. Belə göstərici isə 58 yaşlı mütəxəssisin karyerası ərzində ən pis nəticəsidir.

Mourinyonun liqanın ilk 50 oyunundakı ən yaxşı göstəricisi "Çelsi"yə baş məşqçilik edərkən olub. Onun komandası 126 xal toplayıb.

Mourinyonun çalışdırdığı komandalarla yerli çempionatın ilk 50 oyununda topladığı xallara görə sıralama:

1. "Çelsi" - 126 xal (2004)
2. "Portu" - 124 xal (2002)
3. "Real" - 123 xal (2010)
4. "Çelsi" - 114 xal (2013)
5. "İnter" - 113 xal (2008)
6. "Mançester Yunayted" - 95 xal (2016)
7. "Tottenhem" - 81 xal (2019)

Qeyd edək ki, "Tottenhem" turnir cədvəlində 36 xalla 9-cudur.