Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Son olaraq "Fatih Karagümrük"də çıxış edən Levent Mercanla anlaşma əldə olunub. Onunla 4 illik müqavilə imzalanıb.

Klub yarımmüdafiəçi Mert Hakan Yandaşın sözləşməsinin də müddətini uzadıb. O, daha iki il İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.