Ermənistan çempionatının birinci dəstəsində 2019/20 mövsümü yarımçıq dayandırılıb.

Rekord.az “sport.news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb.

Mövsümün dayandırılmasına səbəb birinci dəstədə iştirak edən 5 klub və 58 şəxsin adının danışılmış oyunlarda hallanmasıdır. Adı danışılmış oyunlarda hallanan şəxslər futboldan uzaqlaşdırılıb. Onların 45-i ömürlük qadağa alıb.

Danışılmış oyunlarda iştirak edən klublar isə “Araqats”, “Torpedo”, “Masis”, “Lokomotiv” və “Yerevan”dır.