Mövsümdə 2-ci dəfə
- 02 Mar 2020 16:20
- 826
Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunda baş tutan 4 oyundan üçündə heç-heçə qeydə alınıb.
Rekord.az xəbər verir ki, “Qarabağ” – “Sabah” matçı 0:0, “Neftçi” – “Səbail” qarşılaşması 1:1, “Sumqayıt” – “Keşlə” görüşü 2:2 hesabı ilə başa çatıb.
Yalnız “Zirə” – “Qəbələ” oyununda (1:2) qalib müəyyənləşib. Bununla da, cari mövsümün heç-heçə rekordu təkrarlanıb. 10-cu turda da eyni sayda bərabərlik yaşanmışdı.
Ölkə çempionatlarının indiki formatda – 8 komanda ilə 4 dövrədə keçirildiyi müddətdə 7-ci dəfə belə hadisə qeydə alınır. 2016/17 mövsümündən başlayaraq bunadək 6 turda heç-heçə rekordu qeydə alınmışdı.