
“Mövsümü yüksək notlarla bitirməyi düşünürük”
- 17 Mar 2025 23:28
- 37
"Quba" klubunun baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının 19-cu turununda keçirilən "Sumqayıt"la oyunu dəyərləndirib.
Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən mütəxəssis məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
“Oyuna yaxşı hazırlaşmışdıq. "Sumqayıt"da üç oyunçu ön plana çıxdı. Müdafiədə etdiyimiz dəyişikliklərə baxmayaraq, yenə uduzduq. Mövsümdə bir oyunumuz qalıb. "Ordu" ilə matça yaxşı hazırlaşıb müntəzəm mövsümü yüksək notlarla bitirməyi düşünürük. Uğurlu olmaq istəyirik”.
"Sumqayıt" - "Ordu" qarşılaşması birincilərin 112:103 hesablı qələbəsi ilə yekunlaşıb.