"Qəbələ"nin veteran futbolçusu Asif Məmmədov mövsümün sonunda futbolçu karyerasını başa vuracaq.

Rekord.az xəbər verir ki, futbolçu artıq bununla bağlı qərarını verib.

Hazırda məşqçilik kurslarına qatılan Məmmədov böyük ölçüdə elə "Qəbələ" Futbol Akademiyasında da məşqçiliyə başlayacaq. Artıq rəhbərlik tərəfindən də bunun üçün xeyir-dua verilib.